Gənc taekvondoçular Bolqarıstanda məşq edəcək

Gənc taekvondoçular Bolqarıstanda məşq edəcək
18:12 20 İyul 2017
43 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün yeniyetmələrdən ibarət milli yığma komandamız Bolqarıstana yola düşür.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının məşq zallnda təlim-məşqlərı başa vuran yığma 21-28 avqust tarixlərində Bolqarıstanın paytaxtı Sofiya şəhərində bir neçə ölkənin iştirak ilə təşkil edilən beynəlxalq təlim-məşqlərə qatılacaq. Baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi ilə 10 idmançımız bu məşqlərdə iştirak edəcək. Belə ki, oğlanlardan Nihad Əlizadə, Riyad Şirəliyev, İsmayıl İsmayılov, Yaşar Məmmədli, Pərviz İsgəndərov, qızlardan isə Aysu Məmmədova, Gülsüm Həsənzadə, Ofeliya Allahverdiyeva Aydan Əliyeva komandanın heyətində yer alıb.

Avqust ayinda Misirdə yeniyetmələr arasında dünya birinciliyi keçiriləcək. Komandamızın bu məşqlərdə iştirakı da birinciliyə hazırlıq məqsədi daşıyır.
Millimiz 28 iyul tarixində vətənə dönəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/565191.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR