Qohumları yaralı erməni hərbçilərinə münasibətdən şikayətçidirlər

Qohumları yaralı erməni hərbçilərinə münasibətdən şikayətçidirlər
18:17 20 İyul 2017
62 Dünya
Ölkə mətbuatı
A- A+

Yaralı erməni hərbçilərinin yaxınları hospitalda göstərilən münasibətdən hakimiyyətə şikayət edib.

Milli.Az xəbər verir ki, Sünik vilayətinin İşxanasar yaşayış məntəqəsinin sakini Anna Atanesyan Qarabağda hərbi xidmət keçən qohumu əsgər Artur Tatevosyanın hərbi hissədə döyüldükdən sonra Hadrut hospitalına yerləşdirilməsi və göstərilən qeyri-insani münasibətdən sosial şəbəkələr vasitəsilə hökumətə müraciət edib.

Onun sözlərinə görə, tibb müəssisəsində yerləşdirilən yaralılar və xəstələr normal müalicə olunmur və onlara ixtisaslı yardım göstərilmir. Əksər hallara valideynlər uşaqlarının müalicəsi üçün şəxsi vəsaitləri hesabına dərman və digər tibbi ləvazimatlar alırlar.

Müraciətinin sonunda A.Atanesyan sosial şəbəkə istifadəçilərini hakimiyyətə etibar etməməyə, hospitalda müalicə olunan hərbi qulluqçulara maddi və mənəvi dəstək göstərmək üçün fəal olmağa çağırıb.

Zabit Əsgərov

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/565204.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR