""İnter" əks-hücumlarda çox təhlükəlidi" - "Fola"nın baş məşqçisi

""İnter" əks-hücumlarda çox təhlükəlidi" - "Fola"nın baş məşqçisi
18:22 20 İyul 2017
46 İdman
Ölkə mətbuatı
A- A+

"Avrokuboklarda cavab oyunları həlledici xarakter daşıyır. Burada uğuru qazanmaq lazımdı".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,bu sözləri Lüksemburqun "Fola" klubunun baş məşqçisi Ceff Ştrasser deyib.

O, Avropa Liqasının II təsnifat mərhələsinin "İnter"lə bu gün keçiriləcək cavab oyunu öncəsi təşkil edilən mətbuat konfransına qatılıb. Ştrasser qarşıdakı görüş və mərhələ keçmək şanslarından danışıb: "İkinci oyunda qapılar önündə daha təmkinli olmalıyıq. Xüsusilə də müdafiədə ehtiyatlı olmalıyıq. "İnter" əks-hücumlarda çox təhlükəlidi. Vurulacaq bir qol hər şeyi dəyişə bilər. Əgər mərhələ keçməyi bacarsaq, yeni səfər imkanı qazanacağıq".

Qeyd edək ki, "Fola" - "İnter" oyunu Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/565087.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR