“PSJ-nin Neymara ehtiyacı var” – Unai Emeri

“PSJ-nin Neymara ehtiyacı var” – Unai Emeri
18:27 20 İyul 2017
50 İdman
Ölkə mətbuatı
A- A+

"PSJ"-nin baş məşqçisi Unai Emeri "Barselona"nın futbolçusu Neymarı transfer etmək istədiklərini açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "L equipe"yə açıqlama verən 45 yaşlı çalışdırıcı braziliyalı hücumçunun dünyanın ən yaxşı 5 futbolçusundan biri olduğunu söyləyib:

"PSJ dünyanın ən yaxşı klublarında oynayan, ən güclü futbolçuları heyətinə qatmaq istəyir. Əgər Çempionlar Liqasını qazanmaq istəyiriksə, dünyanın ən yaxşı 5 futbolçusundan birini transfer etməliyik. Neymar belə futbolçulardandır. Ona ehtiyacımız var. Ancaq bu, asan deyil. Ola da bilər, olmaya da".

Qeyd edək ki, bir müddət əvvəl  PSJ-nin Neymar üçün 222 milyon avro ödəməyə hazır olduğu bildirilirdi. Kataloniya klubunun vitse-prezidenti Xordi Mestre isə Neymarın "Barselona"dan ayrılmayacağını açıqlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/565167.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR