“Lenovo” innovativ konseptləri nümayiş olunub

“Lenovo” innovativ konseptləri nümayiş olunub
18:35 20 İyul 2017
Ölkə mətbuatı
A- A+

“Lenovo” şirkəti “Tech World” konfransında bir neçə virtual reallıq qurğu konseptini və “Yoga Book” planşetinin iki rəng həllini təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “theRunet” resursuna istinadən yazır ki, planşet bundan sonra qırmızı yaqut və ağ-gümüşü rənglərdə də buraxılacaq. Lakin təqdimatda əsas diqqəti cəlb edən bir neçə innovativ konseptlər olub.
 
Məlumata görə, Çin istehsalçısı 40 dərəcəlik baxış bucağına malik “daystAR” əlavə reallıq kaskasını nümayiş etdirib. Kaskanın smartfon və ya kompüterə qoşulması tələb olunmur. Şirkət nümayəndələrinin fikrincə, kaska qurğu üçün proqramlar yaradacaq kənar tərtibatçıların marağına səbəb olacaq. “Lenovo” platforması vasitəsilə şəkillərin skan edilməsi, yüklənməsi və redaktəsi mümkündür”, - şirkətin bloqunda deyilir.
 
Həmçinin, “Lenovo” süni intellektə malik “CAVA” (Context Aware Virtual Assistant) köməkçi funksiyasını təqdim edib. Oxşar xüsusiyyətli “Siri” və “Alexa” funksiyalarından daha təkmil olan “CAVA” insan sifətlərini tanıyır. Yeni köməkçi funksiya dərin kompüter təlimi texnologiyalarının tətbiqi sayəsində istifadəçini başa düşərək onun sorğuları əsasında ağıllı tövsiyələr verəcək. Məsələn, istifadəçinin 2 saat sonra görüşü nəzərdə tutulan zaman “CAVA” avtomatik havanı və tıxaclar barədə məlumatları yoxlayaraq onu getmək üçün məqsədəuyğun vaxt barədə məlumatlandıracaq.
 
Bundan əlavə, şirkət proyektorla təchiz edilən və səsi və əşyaları müəyyənləşdirən “ağıllı” “SmartCast+” ev dinamikini nümayiş etdirib. Əlavə reallıq funksiyaları təsvirin divara və ya digər səthə proyeksiya edilməsi ilə işləyəcək.
 
İstehsalçı, həmçinin 10 sensor vasitəsilə nəbzi ölçən və məlumatları smartfon ekranına daxil edən “SmartVest” geyiminin nümayişini keçirib.
 
“Windows 10” və “Android” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən yeni “Lenovo” noutbuklarının isə sentyabrda satışa çıxarılacağı gözlənilir.
 
Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-49137-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR