AMEA Yüksәk Texnologiyalar Parkının Ekspertlər Şurasının iclası keçirilib

AMEA Yüksәk Texnologiyalar Parkının Ekspertlər Şurasının iclası keçirilib
18:37 20 İyul 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 iyul. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində AMEA Yüksәk Texnologiyalar Parkının Ekspertlər Şurasının iclası keçirilib. 
AMEA Rəyasət Heyətinin Aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a bildirilib ki, tədbirdə Ekspertlər Şurasının sədri, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, şuranın üzvlərindən AMEA Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, SOCAR "Neftqazelmitədqiqat layihə" İnstitutunun neft və qaz hasilatı üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Bağır Süleymanov, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin Ağır sənaye və maşınqayırma sektorunun müdiri Yaqub Həsənov, rezidentlər və digər qonaqlar iştirak ediblər.
İclası giriş sözü ilə açan akademik İbrahim Quliyev tədbirin rezidentlərin təqdimatlarını dinləmək və onlarla tanışlıq xarakteri daşıdığını bildirib. Akademik şuranın "Ekspert şuraları haqqında" Əsasnaməyə uyğun fəaliyyət göstərdiyini söyləyib və tərkibi haqqında məlumat verib.
Tədbirdə çıxış edən AMEA Yüksək Texnologiyalar Parkı MMC-nin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev şuranın əsas məqsədinin rezidentlik almaq üçün müraciətləri qiymətləndirmək olduğunu vurğulayıb. İlkin sənədlər paketinin və ərizələrin qəbul olunduğunu deyən V.Babayev iclasda dörd potensial rezidentin təqdimatla çıxış edəcəyini vurğulayıb.
Sonra rezidentlik statusuna iddia edən şirkətlərin rəhbərləri – "Millers-Oils Azərbaycan" MMC-nin direktoru Martin Gough, AMEA "Təcrübə-Sənaye Zavodu"nun direktoru Vasif Abbasov , "AMEA Elm və Texnologiya Parkı" MMC-nin direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru Sənan Abdullayev, "Agro Bio Eco Tech" MMC-nin direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru Əli Bala Əli-zadə təmsil etdikləri qurumların tarixi və fəaliyyətinə dair təqdimatla çıxış ediblər.
Daha sonra çıxışlar ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb və yekun qeydlər edilib.








Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/amea-yuks-k-texnologiyalar-parkinin-ekspertler-surasinin-iclasi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR