"Mançester Yunayted" bu il çempionluq mübarizəsi aparacaq"

"Mançester Yunayted" bu il çempionluq mübarizəsi aparacaq"
18:37 20 İyul 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in müdafiəçisi Fil Cons qarşıdakı mövsüm haqqında fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ingilis futbolçu Premyer Liqada çempionluq mübarizəsi aparacaqlarını bildirib.

"Mançester Yunayted" öz yerinə yavaş-yavaş, amma düzgün şəkildə qayıdır. Buna zaman getdi. Amma inkişaf göz qabağındadır. Ümid edirəm ki, yeni mövsümdə "Old Trafford"da meydana çıxan rəqiblər onları ağır 90 dəqiqə gözlədiyini başa düşəcək. Ötən mövsüm Premyer Liqada göstərdiyimiz nəticə istənilən kimi olmadı. Əvəzində Avropa Liqasının qalibi olduq. Ona görə hər şey elə də pis deyil. Şübhəsiz, bu il çempionluq mübarizəsi aparacağıq. İndiki heyət buna hazırdır. LindelöfLukaku ilə komandamız daha da güclənib".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/565116.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR