“Neftçi”dən ayrıldı, Premyer Liqa klubuna keçir

“Neftçi”dən ayrıldı, Premyer Liqa klubuna keçir
18:47 20 İyul 2017
56 İdman
Ölkə mətbuatı
A- A+

Georgi Navalovski “Neftçi” ilə yollarını rəsmən ayırıb. Fanat.Az xəbər verir ki, bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb.

 

Bildirilir ki, gürcüstanlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Klub Navalovskiyə komandadakı xidmətlərinə görə, təşəkkür edib.

 

Qeyd edək ki, bu ilin əvvəlində “Neftçi”yə keçən Georgi Navalovski karyerasını Rusiya klubu "SKA-Xabarovsk"da davam etdirəcək. Klub Rusiya Premyer Liqasına vəsiqə qazanıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-neftcidn-ayrld-premyer-liqa-klubuna-kecir-t59415.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR