Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru "Belarusfilm"ə dəvət alıb

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru "Belarusfilm"ə dəvət alıb
18:57 20 İyul 2017
Ölkə mətbuatı
A- A+

Hər zaman xarici və MDB ölkə teatrları ilə sıx əməkdaşlıq edən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına bu dəfə dost ölkədən film təklifi gəldi. Belə ki, teatrın aktyoru, Kalmıkiya Respublikasının Əməkdar artisti İlham Əsədov "Belarusfilm"dən dəvət alıb.

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, azərbaycanlı aktyor kriminal janrda lentə alınacaq filmdə həbsxana nəzarətçisi obrazını yaradacaq. Aktyor yaradıcı heyətlə bağladığı müqaviləyə əsasən film haqqında ətraflı məlumat verməsə də diqqətə çatdırıb ki, bu ilin avqustun 5-də çəkilişləri başlanacaq bədii filmin 2018-ci ilin may ayında ekranlara çıxarılması planlaşdırılır.

Qeyd edək ki, aktyot iki il bundan əvvəl filmlə bağlı elan edilən kastinq nəticəsində yaradıcı heyət tərəfindən bəyənilərək çəkiliş üçün dəvət alıb.

İlham Əsədov 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino" aktyorluğu fakültəsini bitirib. 2003-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. 2016-cı ildə Rusiya Federasiyası Kalmıkiya Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/565203.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR