Hirkan Milli Parkında yanğın söndürülür

Hirkan Milli Parkında yanğın söndürülür
19:12 20 İyul 2017
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran. 20 iyul. REPORT.AZ/ Hirkan Milli Parkında baş verən yanğın söndürülür.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, yanğın Lənkəran rayonu ərazisində Lənkəran-Lerik yolunun 19-20-ci kilometrliyindəki meşə massivində qeydə alınıb. 
Bu ərazi Lənkəran və Lerik rayonlarının inzibati sərhədinə yaxın meşə sahəsidir. Yanğın barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat verilib. 
Hadisə yerinə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.  




Xəbərin orijinal ünvanı: https://report.az/hadise/hirkan-milli-parkinda-yangin-sondurulur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR