İman insana nə verir?

İman insana nə verir?
19:12 20 İyul 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Allaha iman bəsləmək təbiət və instinktlərlə bağlı istək və arzuları bizdən alar, əvəzində bizə mənəvi və ruhani eşq və əlaqə bəxş edər. Allaha iman bizi axirət üçün hazırlayar və maddi dünyadan sağlam şəkildə bəhrələnməyə sövq edər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Allaha iman bəsləməyin həyatımızdakı faydaları belədir:
1. Nikbinlik. Allaha iman bəsləmək bizi xilqət aləminə qarşı nikbin olmağa yönləndirir. Belə ki, varlıq aləminin hədəf üzərində xəlq olduğunu bizə başa salıb və hədəfin xeyir və təkamül olduğunu bəyan edir.
2. Ümidvarlıq. İmanlı insan nikbin olduğu üçün, etdiyi səylərə görə ümidvardır. İmanlı insanın məntiqində varlıq aləmi onun etdiyi səylərə qarşı etinasız deyildir.
3. Əminlik hissi verir. Allaha iman bəsləməyin başqa bir faydası - insana əminlik hissi verməsidir. İnsan fitri olaraq səadət ardınca olar. Ona görə də zillətlə dolu gələcək haqqında düşünən zaman qəlbi ttirəməyə başlayar və aramlığını itirər. O şey ki, insanın səadətə çatmasına yardım edər iki şeydir:
a) Səy göstərmək.
b) Yaşadığı mühit şəraitinə qarşı əminlik əldə etmək.
4. Həyatı hədəfli olar. İmanlı insan işlərində hədəfə malik olar. Əsil hədəfi - ubudiyyət və bəndəlik məqamıdır. Hesab günü gəlib çatmazdan əvvəl, onun üçün hazırlaşar.
5. İzzət hissi. O kəsin ki, qəlbi Allah Təala ilə əlaqədədir, mümkün deyildir ki, qorxsun. Mömin hər bir işində özünü qalib hesab edər. Çünki elə bir Varlıqla əlaqədədir ki, hər şeyə qadirdir. Ona görə də Quran məhz izzət sifətini möminlərə aid etmişdir.
6. Vaxtın qədrini bilmək. İmanlı insan - nizamlı insandır və vaxtının qədrini bilir, onu boş şeylərə tələf etmir. Mömin vaxtını elə qurur ki, həm ibadət, həm ruzi qazanmaq və həm də istirahət etmək üçün lazımlı qədər fürsəti olsun.
7. Allahdan qeyrisindən qorxmaz. İmanlı insan Allahla bağlı olduğu üçün, Ondan qeyrisi onu qorxutmaz.
8. Həyatının hər bir sahəsinə təsir qoyar. O kəsin ki, imanı vardır, bu dünyanı yaşamaq üçün kifayət bilməz. Bu dünyadan daha ali bir dünyaya etiqad bəsləyər. Ona görə də bütün əməl və rəftarlarını bu əqidəyə əsasən yerinə yetirər. Onun nəzərində ölüm - məhv olmaq demək deyildir, əslində yeni bir dünyaya açılan qapıdır.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/564545.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR