Tanınmış aparıcı bu dəfə tamam fərqli FORMATDA qarşımıza çıxacaq - VİDEO

Tanınmış aparıcı bu dəfə tamam fərqli FORMATDA qarşımıza çıxacaq - VİDEO
19:28 20 İyul 2017
153 Şou
Ölkə mətbuatı
A- A+

Tanınmış aparıcı Aysel Nazim tezliklə yeni layihəsini təqdim edəcək.

Publika.az-a bu haqda açıqlama verən teleaparıcı təklifin "Space" telekanalının rəhbərliyindən gəldiyini bildirdi:

"Hazırda "Space"də "İdman hamı üçün" və hava proqnozunu aparıram. Rəhbərlik məndə olan tükənməz enerjini görüb daha bir verilişi təklif etdi. Yeni verilişimizin adı " Kokteyl Aysel Nazim ilə" adlanır. Teleməkanın yeni maqazin verilişi olacaq".

Aysel Nazim bu verilişin şou biznesdə səs-küy yaradacığını açıqlayıb:

"Tamaşaçıların sevimli və gözlədiyi proqram hazırlayacağımıza söz verirəm. Verilişdə yerli və xarici şou-biznes xəbərləri yer alacaq. Çəkilişlər təkcə Bakıda deyil, həm dəTürkiyədə də olacaq. Türk şou biznesindən eksklüziv müsahibələr, özəl reportajlar olacaq".

Qeyd edək kj, hazırda anonsları nümayiş olunam veriliş, avqust ayından efirə çıxacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/206938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR