Ticarət danışıqları nəticəsiz başa çatıb

Ticarət danışıqları nəticəsiz başa çatıb
19:37 20 İyul 2017
Ölkə mətbuatı
A- A+

Washington-da ABŞ-la Çin arasında başa çatan ticarət danışıqlarında nəticə hasil olunmayıb.

Görüşdən sonra birgə bəyanat elan olunmayıb.

Milli.Az BBC-yə istinadən bildirir ki,tərəflər həmçinin nəzərdə tutulmuş mətbuat konfransını ləğv ediblər.

ABŞ iki tərəfli ticarət əlaqələrində Çinin xeyrinə olan müsbət saldodan narazıdır və "daha ədalətli" razılaşma tələb edir.

Çin poladdökmə zavodu

Bundan əlavə ABŞ prezidenti Donald Trump Çində istehsal olunmuş polad məmulatına tariflərin tətbiq edilməsinin gündəmdə qaldığını deyir.

May ayında əldə olunmuş razılaşma ABŞ kredit agentlikləri ilə kredit kart şirkətlərinə Çində fəaliyyət göstərmək imkanı açır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/565222.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR