Kəskin ürək-damar çatışmazlığı

Kəskin ürək-damar çatışmazlığı
19:42 20 İyul 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Ürək əzələləri və qan damarlarının zəifləməsi ilə qəflətən qan dövranının pozulması nəticəsində meydana çıxır.
Çox vaxt hipertoniya xəstəliyinin, aterosklerozun törətdiyi zədələnmələrdən sonra başlayır.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, buna səbəb həmçinin kəskin infeksion xəstəliklər, qan təzyiqinin qəflətən yüksəlməsi, ifrat fiziki gərginlik və s. ola bilər.
Kəskin ürək-damar çatışmazlığının ilk əlamətləri təngnəfəslik, tezləşmiş nəbz, sifətin göyərməsi, soyuq tərdir.
Belə olduqda xəstəni yatağa uzandırır, başının altına hündür balış qoyur və onu sıxan paltardan azad edirlər. Üzünə və sinəsinə soyuq su çiləmək və təcili həkim çağırmaq lazımdır.
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/564555.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR