Möminin dostuna etinasızlığının acı cəzası

Möminin dostuna etinasızlığının acı cəzası
20:12 20 İyul 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Muhəmməd ibn Sənan nəql edir: "İmam Rzanın (ə) xidmətində olanda, Həzrət (ə) mənə buyurdu: "Bəni-İsrayilin dövründə dörd mömin bir-biri ilə dost idilər. Bir gün onlardan biri o üç nəfərin yığışdığı evə tərəf gedir və qapını döyür. Nökəri bayıra çıxır və deyir ki, ağam evdə yoxdur.

O mömin də geri qayıdır. Nökər evə qayıdır və ev sahibi soruşur ki, kim idi? Nökəri deyir ki, filankəs. Sizi istəyirdi və mən də dedim ki, evdə yoxsunuz. Ev sahibi və o biri iki dostu nökərin bu sözünə etiraz etmədilər. Sanki heç yalan deməmişdir, öz söhbətlərini davam etdirdilər.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, sabahısı günü həmin mömin o üç nəfərin yanına gəlir və görür ki, bir yerdə bağa getmək istəyirlər. Deyir: "Mən də sizinlə gəlim". Deyirlər ki, maneəsi yoxdur. Ancaq keçən günə görə ondan üzr istəmirlər.
Bu dörd mömin bağa tərəf yollandı. Bir qədər gedəndən sonra bir bulud gəldi və başlarının üzərinə kölgə saldı. Onlar elə bildilər ki, yağış bulududur. Tələsdilər ki, yağışa düşməsinlər, ancaq gördülər ki, bulud onlara yaxın gəlir. Bu bulud arasından bir carçı car çəkir: "Ey atəş! Bunları bürü. (bu üçünü). Mən Cəbrayiləm".
Atəş buludların arasından saçır və o üçünü ölümə düçar edir. Ancaq o biri mömin tənha və qorxan halda qalır. Bu hadisədən heyrətə gəlir və səbəbini də bilmirdi.
Şəhərə qayıdır və Yuşə ibni Nunun xidmətinə gedir. Hadisəni əvvəldən axıra qədər nəql edir. Sonra səbəbini soruşur.
Yuşə deyir: "Allah onlardan razı olandan sonra, səninlə etdikləri işə görə onlara qəzəbləndi".
O, deyir: "Məgər onlar mənimlə nə ediblər ki?".
Yuşə də macəranı danışır.
Həmin mömin deyir: "Mən onları bağışladım".
Yuşə deyir: "Əgər əzabdan əvvəl onları bağışlasaydın, hallarına fayda verərdi. Ancaq indi faydası yoxdur. Bəlkə bundan sonra (axirətdə) onlara fayda verər"".
Allah Təala bizləri belə acı aqibətdən saxlasın.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/564546.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR