Səfir: Belçika Aİ ilə Azərbaycan arasında tərəfdaşlığın möhkəmlənməsinə böyük önəm verir

Səfir: Belçika Aİ ilə Azərbaycan arasında tərəfdaşlığın möhkəmlənməsinə böyük önəm verir
20:32 20 İyul 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 iyul. REPORT.AZ/ Bakıda Belçikanın Milli günü - Müstəqillik Günü və Azərbaycanla diplomatik münasibətlərin 25 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib.
"Report"un verdiyi xəbərə görə, tədbirin əvvəlində iki ölkənin dövlət himnləri səslənib.
Tədbirdə çıxış edən Belçikanın Azərbaycandakı səfiri Dert Skufsun deyib ki, son illər ərzində iki ölkə arasında münasibətlər uğurla inkişaf edir. Diplomat bu işdə əməyi olan hər kəsə minnətdarlığını bildirib.
Brüsselin Avropa İttifaqının(Aİ) paytaxtı olduğunu xatırladan Dert Skufs Belçika Aİ ilə Azərbaycan arasında tərəfdaşlığın möhkəmlənməsinə böyük önəm verdiyini qeyd edib.
Azərbaycan XİN-in konsul xidmətinin rəhbəri Fəxrəddin Qurbanov Azərbaycan hökuməti adından səfiri və Belçika xalqını təbrik edib.
Tədbirin sonunda qonaqlara Belçika milli mətbəxinin nümunələri təqdim edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/sefir-belcika-ai-ile-azerbaycan-arasinda-terefdasligin-mohkemlenmesine-boyuk-onem-verir-1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR