Turpaketlərin qiyməti ucuzlaşıb - VİDEO

Turpaketlərin qiyməti ucuzlaşıb - VİDEO
20:47 20 İyul 2017
Ölkə mətbuatı
A- A+

Yay tətilini ölkəmizdə keçirənlərlə yanaşı, xaricə üz tutanlar da az deyil. Nəzərə alsaq ki, artıq yay mövsümünün sonuna yaxınlaşırıq, tur paketlərinin qiymətlərində də dəyişiklik müşahidə olunur. Belə ki, qiymətlər mövsümün əvvəli ilə müqayisədə 20 faiz ucuzlaşıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, paytaxt sakinləri isə bu barədə fərqli düşünürlər. Kimisi mövsüm başlamazdan əvvəl, kimisi də hələ indi turpaketlərin qiymətlərinin daha münasib olduğunu düşünür.
Turizm sahəsi üzrə ekspertlər ümumiyyətlə səyahətlərin əvvəlcədən planlaşdırılmasını tövsiyə edir. Bu zaman tur paketlərinin qiyməti daha ucuza başa gəlir.
Təbii ki, seçim sizindir, büdcənizə və istəyinizə uyğun məkanda dincəlmək hüququnuz var. Əsas odur ki, mövsüm bitmədən faydalanın.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/565244.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR