Ali məktəblərdə hazırlıq qrupları: yeni mexanizmin üstünlükləri nələrdir? - VİDEO

Ali məktəblərdə hazırlıq qrupları: yeni mexanizmin üstünlükləri nələrdir? - VİDEO
21:12 20 İyul 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Növbəti tədris ilindən universitetlərin daxilində ali məktəblərə qəbul imtahanlarından kəsilən abituriyentlər üçün hazırlıq qrupları yaradılacaq.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu məsələ ilə bağlı aparılan müzakirələrdən aydın oldu ki, qrupların yaradılmasına münasibət birmənalı deyil. Bu isə ondan irəli gəlir ki. hazırlıq qrupları ilə bağlı hələlik ətraflı məlumat verilmir. Lakin təhsil sahəsi üzrə ekspertlər iddia edirlər ki, ali təhsil ocaqlarının nəzdində yaradılması planlaşdırılan hazırlıq qrupları həm tələbələr, həm valideynlər, həm də elə universitetlər üçün sərfəli olacaq.
Əslində onsuz da əksər məzunlar ali məktəblərə hazırlaşarkən repetitor yanına gedirlər. Bununla yanaşı, Azərbaycan təhsil sistemində həm də orta məktəblərin ibtidai - birinci siniflərinə hazırlıq qrupları fəaliyyət göstərir. Bəs o zaman ali təhsil ocaqlarına hazırlıqlar niyə pərakəndə şəkildə olmalıdır?
Bundan başqa, hazırlıq qruplarının ödənişli və ya ödənişsiz, həmçinin özəl və ya dövlət universitetlərində olub-olmayacağı da hələ ki, məlum deyil.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/565248.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR