"Zirə" Avropa Liqası ilə vidalaşdı -

UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Metbuat.az-ın məlumatına görə, təmsilçimiz "Zirə" ilk görüşdə 1:3 hesabı ilə məğlub olduğu "Astra"nı qəbul edib.

90 dəqiqə ərzində qapılara yol tapmaq mümkün olmayıb. Nəticədə "Zirə" Avropa Liqasında mübarizəni dayandırıb.

Avropa Liqası

II təsnifat mərhələsi, cavab oyunları

20 iyul

"Zirə" (Azərbaycan) - "Astra" (Rumıniya) - 0:0

Baş hakim: Giorgi Vadaçkoria

Baş hakimin köməkçiləri: Zaza Menteşaşvili, Giorgi Elikaşvili

Dördüncü hakim: Qoqa Kikaçeyşvili (hamısı Gürcüstan)

Bakı. “Dalğa Arena” stadionu

İlk oyun – 1:3


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR