“Qalatasaray” “Ostersun”la üz-üzə - YENİLƏNİR

“Qalatasaray” “Ostersun”la üz-üzə - YENİLƏNİR
21:57 20 İyul 2017
62 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Avropa Liqasının II təsnifat mərhələsinə yekun vurulacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, cavab oyunları çərçivəsində 33 qarşılaşma baş tutacaq.

Azərbaycan təmsilçiləri "Qəbələ" və "Zirə" ilə yanaşı, qonşu Türkiyənin "Qalatasaray" klubu da meydana çıxacaq. Sonuncuların oyunu bu dəfə xüsusi maraq doğurur. Çünki ölkəmizdə də kifayət qədər azarkeşi olan İstanbul təmsilçisi bizim üçün mümkün rəqib sayılır.

Söhbət "Qalatasaray"ın III təsnifat mərhələsində "İnter"lə görüşmək ehtimalından gedir. Bunun üçün hər iki komanda mərhələ adlamalıdı. Bakı klubunun bunu bacarması daha real görünür.

Təmsilçimiz Lüksemburqda "Fola" ilə görüşə Bakıda əldə etdiyi 1:0 hesablı üstünlüklə çıxacaq. Türkiyəlilər isə İsveçdə aldığı "Ostersun" məğlubiyyətinin (0:2) əvəzini çıxmalıdı. O qədər güclü olmayan Skandinaviya klubundan buraxdığı 2 cavabsız qolun əvəzini çıxa bilməsə, "sarı-qırmızılar" çətin sınağın ardından avrokubok mövsümünü erkən başa vuracaq. Maraqlıdı ki, "İnter"lə "Qalatasaray"ın oyunları eyni vaxtda başlayacaq.

Ümumiyyətlə isə cavab oyunlarına Belarus və Danimarkadakı görüşlərlə start veriləcək. Günün son qarşılaşması isə İslandiyada baş tutacaq.

Avropa Liqası

II təsnifat mərhələsi, cavab oyunları

20 iyul

"Dinamo" (Minsk, Belarus) - "Rabotniçki" (Makedoniya) - 3:0

Qollar: Noyok, 21, Qaloviç, 70, Saroka, 84

İlk oyun - 1:1

"Lyunqbyu" (Danimarka) - "Slovan" (Slovakiya) - 2:1

Qollar: Yensen, 19, Ornskov, 30 - Orsula, 90

İlk oyun - 1:0

"Vaasa" (Finlandiya) - "Brondbü" (Danimarka) - 2:1

Qollar: Vutilaynen, 11, Sohna, 40 - Meerits, 16

İlk oyun - 0:2

"Suduva" (Litva) - "Liepaya" (Latviya) - 0:0

İlk oyun - 2:0

"Trakay" (Litva) - "Norçepinq" (İsveç) - 2:0

Qollar: Maksimov, 11, 35

İlk oyun - 1:2

"Mlada Boleslav" (Çexiya) - "Şemrok Rovers" (İrlandiya) - 2:0

Qollar: Xramosta, 9,  Mebrahtu, 31

İlk oyun - 3:2

HİK (Finlandiya) - "Şkendiya" (Makedoniya) - 1:0

Qollar: Radeski, 28

İlk oyun - 1:3

"Dinamo" (Brest, Belarus) - "Altax" (Avstriya) - 0:1

Qol: Nqamaleu, 8

İlk oyun - 1:1

"Zarya" (Moldova) - "Apollon" (Kipr) - 0:0

İlk oyun - 0:3

"Zirə" (Azərbaycan) - "Astra" (Rumıniya) - 0:0

İlk oyun - 1:3

"Midtyulland" (Danimarka) - "Ferensvaroş" (Macarıstan) - 0:0

İlk oyun - 4:2

"Levski" (Bolqarıstan) - "Hayduk" (Xorvatiya) - 0:0

İlk oyun - 0:1

AİK (İsveç) - "Jelezniçar" (Bosniya və Herseqovina) - 0:0

İlk oyun - 0:0

AEK (Kipr) - "Kork Siti" (İrlandiya) - 0:0

İlk oyun - 1:0

"Brann" (Norveç) - "Rujomberok" (Slovakiya) - 0:0

İlk oyun - 1:0

"Bney Yehuda" (İsrail) - "Trençin" (Slovakiya) - 0:0

İlk oyun - 1:1

"Odd" (Norveç) - "Vaduts" (Lixtenşteyn) - 0:0

İlk oyun - 1:0

"İnter" (Azərbaycan) - "Fola" (Lüksemburq) - 0:0

İlk oyun - 1:0

"Qalatasaray" (Türkiyə) - "Ostersun" (İsveç) - 0:0

İlk oyun - 0:2

"Utrext" (Hollandiya) - "Valletta" (Malta) - 0:0

İlk oyun - 0:0

21:45. "Botev" (Bolqarıstan) - "Beytar" (İsrail)

İlk oyun - 1:1

21:45. "Lütsern" (İsveçrə) - "Osiyek" (Xorvatiya)

İlk oyun - 0:2

22:00. "Lex" (Polşa) - "Hoqesund" (Norveç)

İlk oyun - 2:3

22:00. "Skenderbeu" (Albaniya) - "Kayrat" (Qazaxıstan)

İlk oyun - 1:1

22:00. AEL (Kipr) - "Proqres" (Lüksemburq)

İlk oyun - 1:0

22:00. "Domjale" (Sloveniya) - "Valyur" (İslandiya)

İlk oyun - 2:1

22:30. "Srvena Zvezda" (Serbiya) - "İrtış" (Qazaxıstan)

İlk oyun - 1:1

22:30. "Yagelloniya" (Polşa) - "Qəbələ" (Azərbaycan)

İlk oyun - 1:1

22:30. "Mladost" (Monteneqro) - "Şturm" (Avstriya)

İlk oyun - 1:0

22:45. "Şiroki Briyeq" (Bosniya və Herseqovina) - "Aberdin" (Şotlandiya)

İlk oyun - 1:1

22:45. "Qoritsa" (Sloveniya) - "Panionios" (Yunanıstan)

İlk oyun - 0:2

23:00. "Videoton" (Macarıstan) - "Kalyu" (Estoniya)

İlk oyun - 3:0

23:15. "Reykyavik" (İslandiya) - "Makkabi" (Təl-Əviv, İsrail) 

İlk oyun - 1:3

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/565258.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR