Elm öyrənməyin savabı niyə bu qədər çoxdur?

Elm öyrənməyin savabı niyə bu qədər çoxdur?
23:17 20 İyul 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

İslam dini yeganə dindir ki, öz davamçılarını daima elm öyrənməyə və agahlıq əldə etməyə dəvət edir. Çünki elm insanın cəhalətini aradan aparar və dünyasına, axirətinə ancaq fayda verər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Əmirəl-möminin (ə) buyurur: "Elmi öyrənin, çünki elm öyrənmək - bəyənilən əməldir".
Dinimizin nəzərinə görə, elm öyrənmək və təhsil almaq - Allahı təsbih və sitayiş etmək kimidir. Elmi söhbətlər etmək - Allah yolunda cihad kimidir. Elmi bilməyənlərə öyrətmək - yoxsullara verilən sədəqə kimidir.
Çünki bu elmin vasitəsilə Allahın halal və haramına riayət olunar və Allahın vahidliyinə agahlıq əldə olunar. (İslami saytlara istinadən)
İmam Sadiq (ə) buyurur: "Cəmiyyətin agahları və alimləri - peyğəmbərlərin varisləridir". Necə ki, peyğəmbərlər (ə) dinar və dirhəmi irs qoymamışdılar, irs qoyduqları elm və bilikdir, Məsumlar (ə) da öz elmlərini alimlərə irs qoyub gediblər. Hər kim Ali-Muhəmməd (ə) elmindən bəhrələnər - ancaq fayda aparar.
İmam Səccad (ə) buyurur: "Əgər insanlar bilsəydilər ki, elm öyrənməkdə nə fayda vardır, elmi öyrənərdilər".
İmam Sadiq (ə) buyurur: "Din aliminin əcri və mükafatı, gündüzləri oruc tutub, gecələri ibadətlə keçirib və Allah yolunda cihad edən kəsin ( savabından) daha çoxdur".
O zaman ki, bir din alimi dünyadan gedir, dində boşluqlar meydana gəlir ki, heç kəs onu aradan qaldıra bilmir.
Həzrət Peyğəmbər (s) buyurur: "Əgər Allah kimisə sənin vasitənlə hidayət edərsə, dəyəri dünyadan və onda olanlardan daha çoxdur".
Deməli, elmin həqiqi hədəfi - nur saçmaq, aləmi işığa qərq etməkdir. O elm ki, onun vasitəsilə insanlar cəhalətdən qurtulub, ziyaya tərəf gedir - onun həqiqi dəyəri var.
Elm vasitəsilə insanlar hidayət olunur, cəmiyyətlər islah olunur. Allah Təalanın bəşər üçün nəzərdə tutduğu proqramlar məhz elm vasitəsilə işə salınır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/564539.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR