Canavarı boğub öldürən 61 yaşlı Rəcəb kişi danışdı - VİDEO

Canavarı boğub öldürən 61 yaşlı Rəcəb kişi danışdı - VİDEO
23:22 20 İyul 2017
604 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan rayonunun Xıdırlı kənd sakini 61 yaşlı Rəcəb Şahı oğlu Qədirov canavar hücumuna məruz qalıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Qədirov səhər tezdən qoyunlarını örüşdə otarmaq üçün kənddən 5-6 kilometr aralanıb.

Elə bu zaman canavarın qoyunlara yaxınlaşdığını görən kənd sakini əlində ağacla onu uzaqlaşdırmaq istəyib. Bu zaman canavar qoyunlara deyil, Rəcəb Qədirovun üzərinə hücum çəkib.

Canavar yenidən hücum edərək Rəcəb Qədirovun üz nahiyəsini dişləyərək onu yerə yıxıb. Kənd sakini xəsarət alsa da özünü itirməyib.

Rəcəb Qədirov canavarı boğub öldürdükdən sonra yaxınlıqdakı nəzarətçilərə yaxınlaşaraq dostuna zəng etmələrini xahiş edib və dostunun köməkliyi ilə Salyan Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanada ona ilk tibbi yardım göstərilərək travmatologiya şöbəsində yerləşdirilib. Yaralının vəziyyəti hazırda stabil olaraq qalır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/565271.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR