“Hesabı bərabərləşdirəndən sonra belə hərəkətlər edirdilər” – Yordanesku

“Hesabı bərabərləşdirəndən sonra belə hərəkətlər edirdilər” – Yordanesku
23:27 20 İyul 2017
54 İdman
Ölkə mətbuatı
A- A+

"Oyunçularımı qələbə münasibəti ilə təbrik edirəm".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözlər "Astra"nın baş məşqçisi Edvard Yordaneskuya məxsusdu.
 
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə "Zirə"nin qonağı olan Rumıniya klubu meydanı 0:0 hesablı bərabərliklə tərk edib. İlk oyunda qələbə qazanan (3:1) "Astra" adını növbəti mərhələyə yazdırıb.
 
Oyundan sonra keçirilən mətbuat konfransında Yordanesku fikrini bu sözlərlə davam etdirib: "Dünən mətbuat konfransında dediyim sözlər boşa getmədi. Birinci hissədə hücum planında çox güclü "Zirə" gördük. Oyunçularımı buna hazırlamışdım. Artıq növbəti mərhələ barədə düşünə bilərik. Mərhələ adladığımız və qapımızda qol görmədiyimiz üçün məmnunam. Məmnun olmadığım məqam isə əks-hücumlarda anlaşılmazlıqlar idi. Hansı ki, həmin vəziyyətlərdə qollar vura bilərdik. Bizim də komandamız gəncdi. 5-6 həftənin komandasıdı. Yeni uyğunlaşma dövrünə başlamışıq. Biz də səhvlərdən öyrənirik. Gələcəkdə daha yaxşı oynamağa çalışacağıq. "Zirə"ni də təbrik edirəm. Meydanda vuruşdular, qələbə qazanmağa cəhd etdilər. Şəhərinizi çox bəyəndim, burda hər cür şərait var. Ümid edirəm ki, gələcəkdə yenidən Azərbaycana komanda gətirəcəm".
 
- Birinci hissədə futbolçularınız çox vaxt aparırdılar. Bu, xüsusi tapşırıq idi? "Zirə"nin hücumlarının qarşısını almaq üçün belə plana əl atmışdınız, yoxsa futbolçuların fərdi addımları idi?

- Bütün bunlar futbolda olan hadisələrdi. Rumıniyadakı görüşdə də "Zirə" hesabı bərabərləşdirəndən sonra belə hərəkətlər edirdilər. Bunlar strategiyadı. Rəqib təzyiq etdiyi vaxtlarda tempi aşağı salmalısan.
 
- "Zirə"nin hansı oyunçusunu bəyəndiniz?

- Normalda rəqibin oyunçularının adlarını çəkməyi xoşlamıram. "Zirə"nin yüksək keyfiyyətə malik oyunçuları çoxdu ki, onlar fərq yarada bilirlər.
 
- Hakimlikdən razı qaldınızmı?

- Ədalətli oyun oldu. Hakimləri də başa düşmək olar. Təzyiqlər, etirazlar olurdu. Buna baxmayaraq, normal idarəçilik oldu.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/565275.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR