"10 ildə yığdığım bir gündə yandı" - Bərdə bazarında güclü yanğın - VİDEO - FOTO

"10 ildə yığdığım bir gündə yandı" - Bərdə bazarında güclü yanğın - VİDEO - FOTO
23:37 20 İyul 2017
440 Ölkə
Ölkə mətbuatı
A- A+

Gecə saat 3 radələrində Bərdənin mərkəzi bazarında güclü yanğın olub.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, ərzaq, geyim və elektron avadanlıqları satılan 12 mağaza yanıb.

Sahibkarlar hdaisədən səhər saatlarında xəbər tutublar. Yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi ehtimal olunur.

Zaur Hümbətov - Sahibkar: "9 mağazanın birləşməsidir. 210 minlik malım var idi içəridə. Dünən axşam da faktura ilə gələn 21 minlik mallarım var. Toplamda 230 minlik malım məhv olub".

Malik Seyidəliyev - Sahibkar: " 70 minə yaxın malım var maqazində. Nə var hamısı yanıb, bir dənə şey çıxası deyil. 10 ildə yığdığım maqazin bir gündə yandı".

Ətrafdakı mağazalarda quraşdırılan müşahidə kameralarının görüntüləri də götürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/565277.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR