"Astra"nın baş məşqçisi: "Zirə"nin futbolçuları simulyasiya edirdil"

"Astra"nın baş məşqçisi: "Zirə"nin futbolçuları simulyasiya edirdil"
23:37 20 İyul 2017
54 İdman
Ölkə mətbuatı
A- A+

"Oyunçularımı təbrik edirəm. Dünən də demişdim ki, "Zirə" güclü rəqibdi. Oyunçularımı buna hazırlamışdım".


Fanat.Az xəbər verir ki, bu sözləri "Astra”nın baş məşqçisi Edvard Yordanesku Avropa Liqasının II təsnifat mərhələsinin "Zirə" ilə cavab oyunundan sonra deyib. 


İlk oyunda 3:1 hesabı ilə qələbə qazanan "Astra” cavab oyununda 0:0 edərək növbəti mərhələyə adını yazdırıb.

 

Yordanesku sözlərinə belə davam edib: "Birinci hissə rəqib xüsusiylə aqressiv hücumlar edirdi. Sevinirəm ki, qol buraxmadan növbəti mərhələyə adladıq. Hücumda fürsətləri dəyərləndirə bilmədik. Cəmi 5-6 həftədi yığışmışıq, komandam hələ tam uyğunlaşmayıb. Artıq növbəti mərhələ haqqında düşünə bilərik. "Zirə"ni və şəhərinizi çox bəyəndim. Ümid edirəm ki, yenə bura qayıdacam.


Bu futboldu. Yetirmələrimə xüsusi tapşırıq verməmişdim ki, yerdə qalın. Rumıniyadakı oyunda hesab bərabərləşəndə "Zirə"nin futbolçuları da simulyasiya edirdilər. Bu bir strategiyadır. Belə qəbul etmək lazımdı".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotastraquotnn-ba-mqcisi-quotzirquotnin-futbolcular-simulyasiya-edirdilquot-t59419.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR