Bakıda mübahisə güllələnmə ilə bitdi - VİDEO - FOTO

Bakıda mübahisə güllələnmə ilə bitdi - VİDEO - FOTO
23:37 20 İyul 2017
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabunçu rayonunda güllələnmə hadisəsi baş verib.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, qanlı olay Bakıxanov qəsəbəsi Mahir Əmirov küçəsində qeydə alınıb.

Naməlum şəxslər arasında yaranan mübahisə zamanı onlardan biri pnevmatik tapançadan atəş açıb və nəticədə bir nəfər baş və bədən nahiyəsindən xəsarətlər alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Baş vermiş hadisə ilə əlaqədar əraziyə Sabunçu rayonu polis idarəsinin 13-cü polis bölməsinin əməkdaşları cəlb olunub. Hadisəni törədən şəxslərin axtarışına başlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/565276.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR