Ayxan Abbasov: "Özümə söz vermişəm ki..."

Ayxan Abbasov: "Özümə söz vermişəm ki..."
23:47 20 İyul 2017
58 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının II təsnifat mərhələsinin "Zirə" "Astra" ilə cavab oyununda iki oyunun nəticəsinə görə məğlub olub. Fanat.Az xəbər verir ki, ilk oyunda 1:3 hesabı ilə məğlub olan təmsilçizimi cavab görüşündə qol vurmağı bacarmayıb və matç 0:0 hesabı ilə başa çatıb. 


Görüşdən sonra keçirilən mətbuat konfransında paytaxt klubunun baş məşqçisi Ayxan Abbasov fikirlərini səsləndirib: "Belə oyundan sonra danışmaq çətindi. Qol vurmaq üçün hazırlaşmışdıq. İlk dəqiqədən irəli atıldıq, imkanlarımız vardı. Amma qol olmadl. Bu turnir bizim üçün bitdi. Klub olaraq təcrübə qazandıq. Artıq çempionata hazırlaşacağıq. Sona qədər vuruşduq. Əminəm ki, Azərbaycanı pis təmsil etmədik. 


Baş məşqçi oyunun hakimliyindən narazı qalıb: "Özümə söz vermişəm ki, hakimliklə bağlı danışmayım. Amma siz də gördüz. Ordakı oyunda da ilk qolda oyundan kənar vəziyyət vardı. Bizim hakimlərə şükür. İlk hissədə qol vurmaq üçün irəli atıldıq, amma hakimlər o tempin davamına imkan vermədi. Rəqib çox yerdə qalırdı, qapıçı topu oyuna gec daxil edirdi. Oyundan oyuna artıracağıq. İndi edə biləcəyimiz bu idi".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ayxan-abbasov-quotozum-soz-vermim-kiquot-t59420.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR