Rəşad Sadıqov: "Zirə" son vuruşlarda dəqiq olsaydı, bəlkə də mərhələ adlayardı"

Rəşad Sadıqov: "Zirə" son vuruşlarda dəqiq olsaydı, bəlkə də mərhələ adlayardı"
23:47 20 İyul 2017
59 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 20 iyul. REPORT.AZ/ "Qarabağ" komandasının kapitanı Rəşad Sadıqov Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Zirə" - "Astra" matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
"Report" həmin müsahibəni təqdim edir:
Oyunla bağlı nə deyə bilərsiniz?
- "Zirə" yaxşı təsir bağışladı, qol epizodları oldu. Lakin istifadə edə bilmədi. Top qapıya düşmədi. Son vuruşlarda dəqiq olsaydılar bəlkə də mərhələ adlayardılar.
Zədəniz nə yerdədir?
- 3-4 gündür tək məşq edirəm. Tam hazır olanda komandaya qoşulacağam.
"Zirə"nin qaradərili futbolçuları sizi qorxutmadı?
- Çempionat haqda düşünmürük. Qarşıda Avropa Liqasının III təsnifat mərhələsində "Şerif"lə oyunlarımız var. Fikrimizi ora yönəltmişik.
"Şerif" barədə nə söyləyə bilərsiniz?
- Təcrübəli rəqibdir. Eyni gücdə olan oxşar komandalarıq. Gərgin və maraqlı mübarizə keçəcək.
Düşünmürsünüz ki, ötən mövsümlə müqayisədə "Qarabağ"ın püşklə bağlı bəxti gətirib?
- Rəqiblə deyil ki... Oyunla götürsən "Viktoriya" ən ideal variant idi. Lakin keçə bilmədik. Rəqibin güclü və ya zəif olduğunu düşünmürük. Çalışacağıq bir plan cızaq, qalib gələk. Düşünürəm ki, hər şey cavab matçında həll olunacaq.
"Qarabağ" "Samtredia" ilə cavab matçında nisbətən zəif təsir bağışladı. Gücünüzü gizlədirdiniz?
- Kimdənsə nəsə gizlətmirik. Ümidvaram ki, qarşıdakı oyunda daha yaxşı olacaq. Komanda hazırdır. Ötən il ilk rəqibimiz olan "Düdelanj"la da oyunumuz ağır keçmişdi.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/resad-sadiqov-zire-son-vuruslarda-deqiq-olsaydi-belke-de-merhele-adlayardi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR