"Panatinaikos" 2 il sonra Azərbaycana gəlir

"Panatinaikos" 2 il sonra Azərbaycana gəlir
00:57 21 İyul 2017
70 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanan "Qəbələ"nin növbəti rəqibi "Panatinaikos" olacaq. Fanat.Az xəbər verir ki, "qırmızı-qaralar" avrokuboklarda ikinci dəfə bu Yunanıstan klubu ilə qarşılaşacaq.


Komandalar ilk dəfə 2015/16 mövsümündə Avropa Liqasının "pley-off" mərhələsində üz-üzə gəlib. Həmin duellərdə "Qəbələ" rəqibindən üstün olaraq turnirin qrup mərhələsinə vəsiqə qazanıb.


2015-ci ilin 20 avqustunda Bakıda baş tutan ilk matç 0:0 hesabı ilə yekunlaşıb. Bir həftə sonra Yunanıstanda keçirilən qarşılaşma isə qollu heç-heçə ilə yekunlaşıb. Həmin vaxt "Qəbələ"nin hər iki qoluna imza atan Dodo hazırda Yunastının AEL klubunda forma geyinir. "Panatinaikos"un qollarının müəlliflərinə gəlincə, Markus Berq indi Səudiyyə Ərəbistanın "Əl Ayn", Nano isə İspaniyanın "Almeriya" klubunda top qovur.


Qeyd edək ki, "Panatinaikos" və "Qəbələ" arasında ilk oyun iyulun 27-də Yunanıstanda, cavab görüşü avqustun 3-də ölkəmizdə keçiriləcək.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotpanatinaikosquot-2-il-sonra-azrbaycana-glir-t59423.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR