Siqaret sərxoş Gəncə sakinini xəstəxanalıq etdi

Siqaret sərxoş Gəncə sakinini xəstəxanalıq etdi
02:49 21 İyul 2017
56 Digər
Ölkə mətbuatı
A- A+

Gəncə sakini yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1969-cu il təvəllüdlü Mustafayev Rasim Fəxrəddin oğlu yanıq xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Aşağı ətrafın 2-3-cü dərəcəli yanığı xəsarətləri alan R. Mustafayevin vəziyyəti orta ağırdır.

 

Məlumata görə, Dədə Qorqud küçəsi bina 5-də yaşayan R. Mustafayev ağır dərəcəli sərxoş vəziyyətdə siqaret çəkən zaman şalvarı yanaraq onun aşağı ətrafını yandırıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279622

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR