Ağcabədidə 24 yaşlı gənc əməliyyat masasında ölüb

Ağcabədidə 24 yaşlı gənc əməliyyat masasında ölüb
03:22 21 İyul 2017
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyul. REPORT.AZ/ Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında (RMX) ölüm hadisəsi baş verib.
"Report"un Qarabağ bürosu xəbər verir ki, Ağdam rayonunun Əhmədağalı kənd sakini, 1993-cü il təvəllüdlü Süleymanov Elçin İsmixan oğlu bağırsaq uzanması xəstəliyi ilə Ağcabədi RMX-ya müaciət edib.
Yaranmış vəziyyətin daha da kəskinləşməməsi üçün həkimlər onu 3 ay əvvəl əməliyyat ediblər. Ancaq ilk əməliyyat uğursuz alınıb. Daha sonra 24 yaşlı gənc 17 gün ərzində üç dəfə əməliyyat otağına girməli olub.
Ailə üzvləri iddia edir ki, Elçin Süleymanov sonuncu əməliyatında çoxlu qanitirmədən, daha doğrusu həkim səhlənkarlığı səbəbindən dünyasını dəyişib.
Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agcabedide-24-yasli-genc-emeliyyat-masasinda-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR