Cavid Hüseynov: "Artıq hər bir komanda ilə oynamağa hazırıq"

Cavid Hüseynov: "Artıq hər bir komanda ilə oynamağa hazırıq"
03:32 21 İyul 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyul. REPORT.AZ/ “Hesab 2:0 olsa da, çox ağır oyun idi. Belə çətin olacağını gözləyirdik. Bilirdik ki, evdə oynayan rəqib sürətli futbol nümayiş etdirir. Azarkeşləri də bir dəqiqə dayanmadan matç boyu komandalarına dəstək verdi. Bizim üçün isə əsas nəticə idi. Oyunumuz o qədər ürəkaçan alınmasa da, qələbə qazandıq. Sevinirik ki, nəticə qazanıb, mərhələ keçdik".
"Report"un məlumatına görə, bunu "Qəbələ"nin kapitanı Cavid Hüseynov Polşada "Yagelloniya"ya 2:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra klubun rəsmi saytına açıqlamasında deyib.
Təcrübəli yarımmüdafiəçi 90-cı dəqiqədə ikinci qolu vuran Filip Ozobiçə məhsuldar ötürmə verib. Hüseynov ötürmələr verməyi xoşladığını vurğulayıb:
"Çalışıram ki, belə imkanları qaçırmayım. Həmin epizodda Filipin göz işarəsini gördüm və dərhal ötürmə verdim. O da imkanı qaçırmayaraq qol vurdu".
"Qəbələ"nin lideri Avroliqanın III təsnifat mərhələsində qarşılaşacaqları Yunanıstan "Panatinaikos"u barədə də danışıb:
"Bu rəqiblə əvvəl də qarşılaşmışıq. Amma mən həmin matçlarda olmamışam. Bizim üçün əsas bu mərhələ idi ki, onu da arxada qoyduq. İndi növbəti rəqibi təhlil edib, güclü və zəif tərəflərini öyrənəcəyik. Artıq hər bir komanda ilə oynamağa hazırıq və matçdan-matça artıracağıq. “Yagelloniya”dan tam hazır olmadığımız üçün bir az geri qalırdıq. Hazır olduğumuz vaxtda bu komanda ilə asanlıqla oynayardıq. Düşünürəm ki, növbəti matçlara da hazır olacağıq”.
"Panatinaikos"la ilk oyun iyulun 27-də səfərdə, cavab görüşü avqustun 3-də Bakıda olacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/cavid-huseynov-artiq-her-bir-komanda-ile-oynamaga-haziriq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR