Kamran Ağayev Çexiya klubuna transfer olunub

Kamran Ağayev Çexiya klubuna transfer olunub
03:37 21 İyul 2017
70 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyul. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev Çexiyanın "Mlada Boleslav" klubuna keçib.
"Report"un məlumatına görə, bu barədə klubun idman direktoru Duşan Uqrin açıqlama verib.
O bildirib ki, 31 yaşlı qolkiper heyətə cəlb olunan 3 yeni oyunçudan biridir. Uqrin Ağayevin gəlişi ilə komandadakı qapıçıların sayının 3-ə çatdığını bildirib. Digər 2 çərçivə qoruyucuları Yakub Diviş və Ludek Veymoladır.
"Mlada Boleslav" Avropa Liqasının II təsnifat mərhələsində İrlandiyanın "Şemrok Rovers" klubunu səfərdə 3:2, evdə 2:0 hesabı ilə yenib. Növbəti mərhələdə rəqib Albaniyanın "Skenderbeu" klubu olacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/kamran-agayev-cexiya-klubuna-transfer-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR