Ermənistan səfiri ABŞ şirkətlərini qapı-qapı gəzib kömək istədi

Ermənistan səfiri ABŞ şirkətlərini qapı-qapı gəzib kömək istədi
06:23 21 İyul 2017
65 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan yeni iş yerlərinin yaradılması üçün Amerika Birləşmiş Ştatlarından kömək istəyib.

Publika.az xəbər verir ki, bunu “Amerikanın səsi” ilə müsahibəsində Ermənistanda ABŞ-ın keçmiş səfiri Piter Tomsen deyib: “Əvvəllər də biz Ermənistana humanitar yardımlar etmişik. İndi isə ticari baxımdan kömək etmək istəyirik. Artıq Ermənistana Birləşmiş Ştatlardan kömək azalmaqdadır. Qriqor Hovhannisyan (Ermənistanın ABŞ-dakı səfiri) son vaxtlar Kaliforniyadakı şirkətlərə müraciət edərək ölkəsinə investisiya qoymalarını xahiş edib”.

Keçmiş diplomatın sözlərinə görə, erməni səfir iqtisadi məsələlərdən başqa Ermənistana siyasi yardım göstərilməsi üçün də çalışır. Lakin o, bildirib ki, bu ölkədə əvvəlcə demokratiya və insan hüquqları müdafiəsi ilə bağlı məsələləri nizamlamaq lazımdır.

Amin Nəzərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/206966.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR