"Fənərbağça" braziliyalı futbolçunu transfer etmək üzrədir

"Fənərbağça" braziliyalı futbolçunu transfer etmək üzrədir
07:12 21 İyul 2017
50 İdman
Ölkə mətbuatı
A- A+

"Fənərbağça" heyətinə braziliyalı hücumçu cəlb etməyə yaxındır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "sarı lacivərdlilər" Milan "İnter"i ilə Qabriel Barbozanın transferini razılaşdırıb. Gənc forvardı icarəyə götürmək üçün "Portu" və "Las Palmas" da səy göstərir. "Qabiqol" ötən mövsüm 30 milyon avro qarşılığında "nerazzurri"yə keçmişdi. Ötən mövsüm A Seriyası və İtaliya Kubokunda 10 oyuna çıxan futbolçu 1 qola imza atmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/565260.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR