Türkiyədə 6,3 bal gücündə zəlzələ olub, xəsarət alanlar var

Türkiyədə 6,3 bal gücündə zəlzələ olub, xəsarət alanlar var
07:17 21 İyul 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Muğla əyalətində 6,3 bal gücündə zəlzələ baş verib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar Datça rayonunda qeyd əalınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələdən sonra 70-ə yaxın insan xəstəxanaya müraciət edib.

Trend-in "NTV"yə istinadən verdiyi məlumata görə, bundan əlavə şəhərin valisi Osman Gürün bildirib ki, bir neçə sakin zəlzələdən sonra yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/565282.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR