Onu unutmaq istəyirsinizsə... - Sevgilisindən ayrılanlar oxusun

Onu unutmaq istəyirsinizsə... - Sevgilisindən ayrılanlar oxusun
07:52 21 İyul 2017
Ölkə mətbuatı
A- A+

Hər nağılın bir sonu var. Bəs pis sonluqla bitən nağılların axırında stressə girməmək üçün nə etmək lazımdır? Milli.Az ailem.az-a istinadən sevgilisindən ayrılanlara güclü olmağın yollarını sadalayır. 

Keçmiş sevgilinizdən uzaq durun
 
Nə olursa olsun, hər zaman başınızı dik tutun! Ayrılıqdan sonra bir anlıq darıxmaqla səsini eşitmək, ya da darıxdığınızı bildirmək üçün qətiyyən ona zəng vurmayın. Səssiz qalın. Siz nə qədər çox özünüzə güvənsəniz, bir o qədər cazibədar olarsınız. Çarəsiz qadın qətiyyən cazibədar görünmür.
 
Qəminizə dözə bilməyən dostlarınızdan uzaq durun
 
Keçmiş sevgiliniz üçün darıxdığınızı görüb sizin kədərlənməyinizə dözə bilməyən dostunuz fərqli yolla sevgilinizə zəng etdirməyə çalışacaq. Verdiyi tövsiyə sizi daha da üzə bilər.
 
Onu axtarmayın
 
Yenisindən ayrıldıqdan sonra keçmiş sevgiliyə qayıtmaq onsuz da çox axmaq hərəkətdir. Unutmayın, ondan da ayrılanda eyni kədəri yaşamışdınız.
 
Dinlədiyiniz mahnılara diqqət edin
 
Duyğusal mahnıları dinləməyin. Daha hərəkətli mahnılar dinləməyə çalışın. Romantik ifalar keçmiş xatirələri canlandırır.
 
Onu sosial şəbəkədə izləməyin
 
Sosial şəbəkələr hesablarında keçmiş sevgilinizin hər paylaşımından özünüzə pay götürməyin. Onu nə etdi deyə daim izləmək acınızı daha da artırar. Əgər özünüzə nəzarət edə bimirsinizsə, onu dostluq siyahısından silin, ya da hesabınızı bağlayın.
 
Sonsuzadək depressiyyada qalmaq fikrini unudun
 
Hər acı bir gün bitər. Heç bir sevgi üzüntüsü sonsuzadək davam etməz. Bunu etməklə gerçək sevgini əlinizdən qaçırmış olarsınız.
 
Yeni münasibət üçün tələsməyin
 
Acınızı yüngülləşdirmək üçün qarşınıza çıxan ilk şəxsə şans verməyin. Tələsik qərar versəniz, daha da üzülə bilərsiniz. Tələsməyin!

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/564035.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR