Paytaxt ərazisində gənc oğlan bıçaqlanıb

Paytaxt ərazisində gənc oğlan bıçaqlanıb
08:52 21 İyul 2017
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyul. REPORT.AZ/ Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
"Report"un xəbərinə görə, park ərazisində 1996-ci il təvəllüdlü Hüseynzadə Vüsal Fazil oğlu bədəninin müxtəlif nahiyələrindən kəsilmiş-deşilmiş xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
O, həkimlərə ehtiyatsızlıqdan şüşə butulkanı qırarkən xəsarət aldığını bildirib. Lakin Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının ilkin araşdırması nəticəsində məlum olub ki, o, tanışı ilə əlbəyaxa mübahisə edib. Nəticədə bədənindən bıçaq xəsarətləri alıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/paytaxt-erazisinde-genc-oglan-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR