Bakıda 2 qardaş qohumları tərəfindən döyülüb

Bakıda 2 qardaş qohumları tərəfindən döyülüb
08:52 21 İyul 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Binəqədi rayonunda kütləvi dava zamanı 2 qardaş ağır xəsarət alıb.

Milli.Az report.az-a istinadən bildirir ki, Sulutəpə qəsəbəsində yerləşən Ruslan Allahverdiyev küçəsində 1991-ci il təvəllüdlü Sərxanov Elvin Nazim oğlu və 1985-ci il təvəllüdlü Sərxanov Daşqın Nazim oğlu qohumları ilə söyüş üstündə mübahisə edib.

Nəticədə hər iki qardaş küt alətlə döyülərək ağır xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/565302.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR