Azərbaycanda ruhi xəstə itkin düşüb - FOTO

Azərbaycanda ruhi xəstə itkin düşüb - FOTO
08:52 21 İyul 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə rayonunda ruhi xəstə itkin düşüb.

Milli.Az report.az-a istinadən bildirir ki, rayonun 1988-ci il təvəllüdlü Uğurbəyli kənd sakini Əliyev Emin Şahlar oğlu 17 iyul tarixində axşam saatlarında evdən çıxıb və geri qayıtmayıb.

28 yaşlı gənc evdə işləmək üçün İsmayıllı rayonuna gedəcəyini deyib. Xəstəliyi daha da kəskinləşdiyindən ailəsi buna etiraz edib. Bu səbəbdən ata və oğul arasında mübahisə baş verib. Oğlan məhz bundan sonra evdən cıxaraq naməlum istiqamətdə yoxa çıxıb.

Ailə üzvlərinin sözlərinə görə, E.Əliyev uzun illərdir ki, ruhi xəstəlikdən əziyyət çəkir və bu cür hadisə birinci dəfə deyil ki, baş verir. Həmin vaxtlarda o, daha tez tapılaraq evinə gəlib. Ancaq indi artıq 6 gündür ki, itkin düşən gəncin tapılmaması ailəni daha çox narahat edir.

E.Əliyevin itkin düşməsi barədə Bərdə rayon Polis şöbəsinə məlumat verilib. Polis əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/565301.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR