Kipr uzaqlaşdı, Belarus qaldı - ƏMSALLAR CƏDVƏLİ

Kipr uzaqlaşdı, Belarus qaldı  - ƏMSALLAR CƏDVƏLİ
09:17 21 İyul 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

Avroliqanın 2-ci təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA-nın əmsallar cədvəlində dəyişikliklər olub. Fanat.Az xəbər verir ki, ölkəmiz yerində - 22-ci pillədə qalıb. 



3 təmsilçimizin mübarizə apardığı oyun günündə “Qəbələ” səfərdə Polşa “Yagelloniya”sını yenərək Azərbaycana 0,250 əmsal qazandırıb. Evdə Rumıniya “Astra”sı ilə "quru" bərabərliyə razılaşan “Zirə” Avroliqayla vidalaşıb. Hərçənd debütantın vida görüşü daha 0,125 "qənimət"lə yadda qalıb. Lüksemburqda “Fola”dan 1:4 hesablə rüsvayçı məlubiyyət alan “İnter” isə bu dəfə faydasız olub.

 

Nəticədə dünənki 3 görüşdən 0,375 əmsal yığan ölkəmiz mövsümlük qazancını 2,250-yə yüksəldib. Bu yay “İnter” 0,750, “Zirə” 0,625, “Qarabağ” 0,500, “Qəbələ” 0,375 əmsal toplayıb.

 

Artıq son 5 ilin nəticələrinə görə  adımızın önündə 17,000 durur. Təəssüf ki, bizdən 1 pillə öndəki Kiprlə aramızdakı fərq artıb - 0,425. Hərçənd cədvəli böyük maraqla izləyənlər üçün xoş xəbər də var: 23-cü olan Belarusdan bir qədər uzaqlaşmışıq. Artıq ən yaxın təqibçimizdən 0,125 əmsal irəlidəyik.



 

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-kipr-uzaqlad-belarus-qald-t59425.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR