6 nəfər İSTİDƏN öldü - Meksikada

6 nəfər İSTİDƏN öldü - Meksikada
09:32 21 İyul 2017
43 Dünya
Ölkə mətbuatı
A- A+

Meksikanın şimal-qərbində Sonora ştatında yüksək isti səbəbindən 6 nəfər dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu rəqəmi ştatın səhiyyə idarəsi təsdiq edib.

Həlak olanların hamısı günvurma və orqanizmin susuz qalması səbəbindən ölüb.

Hazırda 25 nəfər günvurma diaqnozu ilə xəstəxanalarda müalicə olunur.

Qeyd edilir ki, son günlər Sonorada havanın hərarəti kölgədə 40, bəzən isə hətta 50 dərəcəyə qədər yüksəlir. Bununla yanaşı, belə kəskin isti çox yüksək rütubətlə müşayiət olunur ki, bu, nəfəs almanı çətinləşdirir.

Meteoroloqlar belə isti havaların hələ davam edəcəyi barədə xəbərdarlıq ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/565311.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR