Ermənilər atəşkəs rejimini 123 dəfə pozub

Ermənilər atəşkəs rejimini 123 dəfə pozub
09:42 21 İyul 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyul. REPORT.AZ/ Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 123 dəfə pozub.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Əsrik Cırdaxan, Ağbulaq, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
İşğal altında olan Ağdam rayonunun Nəmirli, Tağıbəyli, Şıxlar, Sarıcalı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/ermeniler-ateskes-rejimini-123-defe-pozub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR