Nazirliyin qadağa qoyduğu dondurma belə hazırlanır - VİDEO - FOTO

Nazirliyin qadağa qoyduğu dondurma belə hazırlanır - VİDEO - FOTO
10:52 21 İyul 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir neçə gündür ki, Azərbaycanda istehsal olunan bəzi dondurmaların tərkibində bakteriya aşkarlanması problemi ciddi narahatlığa səbəb olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu  fəsildə insanlar daha çox sərinləmək üçün dondurma yeyir. Xüsusilə də uşaqların dondurmanı xoşlaması və onu tez-tez alması hamıya bəllidir. Belə olan halda yeyilən dondurmanın tərkibində bakteriyalar aşkarlanırsa, bu təbii ki, həm valideynlər, həm də ictimaiyyət arasında müzakirələrə səbəb olur. Nəzərə alsaq ki, bu il  keçən ilə  nisbətən dondurmaların qiymətində də ciddi artım müşahidə olunur. 

Ümumiyyətlə isə, ictimaiyyət üçün dondurmanın istehsal prosesi həmişə maraqlı olub. Çünki zaman-zaman Azərbaycanda mövsüm başlayanda dondurmaların keyfiyyətsizliyindən, onun tərkibinə marqarin vurulduğundan hamı şikayətlənir. 

"Qafqazinfo" bütün bunları nəzərə alaraq dondurma istehsal edən məşhur şirkətlərdən biri "AER Company"-nin  istehsal sexində olub və prosesi ardıcıllıqla müşahidə edərək videolentə alııb.

Bu arada qeyd edək ki, bir neçə gün əvvəl İqtisadiyyat və Səhiyyə Nazirliklərinin birgə yaydığı açıqlamada "AER Company Qrup"a məxsus olan üç adda dondurmanın tərkibində bakteriya olduğu aşkarlanması barədə məlumat yayılıb. 

Buna görə də hazırda sexdə əsas aparatda istehsal prosesi dayandırılıb. Ancaq nümunə üçün  dondurmalar istehsal olunur. 

Kompaniya rəhbəri Adil Şərifov da  yayılan informasiya ilə bağlı da bizə geniş məlumat verib. O qeyd edib ki, üç adda dondurma satış şəbəkələrindən geri çağırılıb: "Ancaq bizim özümüzün müstəqil mikrobiologiya laboratoriyamız var. Hər istehsal prosesinin sonunda  dondurmaları yoxlayıb sonra satışa buraxırıq. Bizim müasir aparatlar vasitəsilə yoxlamamız zamanı belə bir bakteriya aşkarlanmayıb". 

"Qafqazinfo" istehsal prosesindən hazırladığı videosüjeti təqdim edir: 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda dondurma belə hazırlanır


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/565350.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR