Bakıda idmançı "Galendewagen"lə ağır qəza törətdi: ölən var

Bakıda idmançı "Galendewagen"lə ağır qəza törətdi:   ölən var
10:57 21 İyul 2017
20 İdman
Ölkə mətbuatı
A- A+

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Fanat.Az lent.az-a istinadən xəbər verir ki, dünən axşam saatlarında Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində 1984-cü il təvəllüdlü Səfiyev Bəhmən Süleyman oğlu idarə etdiyi "Mercedes Galendewagen" markalı avtomobillə piyadanı vurub. Ağır xəsarət alan piyada hadisə yerində ölüb. Araşdırmalardan sonra məlum olub ki, ölən şəxs 1959-cu il təvəllüdlü Musayev Elman Zaman oğludur.

 

Bildirilir ki, qəzanı törədən Bəhman Səfiyev idmançıdır. O, Bilgəhdəki çimərlikdən şəhərə qayıdarkən qəza törədib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-bakda-idmanc-quotgalendewagenquotl-ar-qza-tortdi-t59432.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR