"Yeni mənzillərin açarları dekabrda veriləcək" - Vüqar Səfərli

"Yeni mənzillərin açarları dekabrda veriləcək" - Vüqar Səfərli
11:05 21 İyul 2017
16 Ölkə
Ölkə mətbuatı
A- A+

Jurnalistlər üçün tikilən ikinci binadan ev alan jurnalistlərə mənzillərin açarları bu ilin dekabr ayında veriləcək.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə AzTV-nin "Günün nəbzi" verilişində Kütləvi informasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.
 
Onun sözlərinə görə, binanın qeydiyyatı ilə bağlı dövlət aktı olmalıdır: "Biz birinci binanın 2013-cü ilin iyulun 22-də açılışından sonra jurnalistlərin sənədlərini hazırlayıb qeydiyyatdan keçirdik və həmin ilin dekabrın 24-də yeni il qabağı mənzillər jurnalistlərə təhvil verildi. Yəqin ki, bu məsələ ilin sonuna qədər həll olunacaq və açarlar dekabr ayında təntənəli şəkildə sahiblərinə təhvil veriləcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/565363.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR