Azərbaycanda nağd iqtisadiyyatın həcmi ölçülüb

Azərbaycanda nağd iqtisadiyyatın həcmi ölçülüb
11:37 21 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyul. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) ilə “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının birgə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək “Nağdsız Azərbaycan” layihəsinin təqdimatı keçirilib.
“Report”un Azərbaycan Banklar Assosasiyasına istinadən verdiyi xəbərə görə, “Nağdsız Azərbaycan” layihəsi 3 mərhələdən ibarət olacaq. Birinci mərhələdə  cari vəziyyətin qiymətləndirilməsi və nağd iqtisadiyyatın həcminin ölçülməsi, ikinci mərhələdə strategiyanın müəyyənləşdirilməsi, üçüncü mərhələdə isə detallı fəaliyyət proqramının hazırlanması planlaşdırılır. Artıq layihənin birinci mərhələsi üzrə işlər tamamlanıb.
İclasda bildirilib ki, AMB tərəfindən ölkə iqtisadiyyatında yüksək nağdlaşmanı şərtləndirən fundamental amillərin geniş diaqnostikası, qeyri-neft sektorunun aparıcı sahələri üzrə nağd iqtisadiyyatın həcminin ölçülməsi, iqtisadiyyatda nağd pul dövriyyəsinin azaldılması və nağdsız ödənişlərin inkişafı məqsədilə “MasterCard Worldwide” ilə cari ilin fevral ayından yeni layihəyə start verilib.
İclasda “MasterCard Worldwide” nümayəndələri hazırkı global trendlər, regiondakı vəziyyət, Azərbaycanın buradakı yeri və ölkədə mövcud nağdsız potensial haqqında məlumat veriblər. Bundan əlavə bu potensialın reallaşdırılması ilə bağlı mümkün çıxış yolları təklif edilib və banklarla birgə müzakirələr aparılıb.







Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-nagd-iqtisadiyyatin-hecmi-olculub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR