"Qarpız soyuducuda saxlanılmamalıdır" - Bakının baş infeksionisti

"Qarpız soyuducuda saxlanılmamalıdır" - Bakının baş infeksionisti
12:17 21 İyul 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

"Ağlasığmaz zəhərlənmələr də olur. İnsanlar kiflənmiş qatıq, kiflənmiş lavaş və pendirdən də zəhərlənir".  

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin (KTM) Mədə-bağırsaq şöbəsinin müdiri, Bakı şəhərinin baş infeksionisti Gülarə Babayeva deyib. O bildirib ki, bu ilin 6 ayında KTM-nin 2-ci yoluxucu şöbəsinə 13 nəfər botulizmdən, 71 nəfər qida zəhərlənməsindən, 395 nəfər mədə - bağırsaq pozulması ilə daxil olub. Şöbə müdiri əlavə edib ki, şöbədə qida zəhərlənmələrindən ölüm hadisəsi baş verməyib.
 
"Meyvə-tərəvəzlər, əsasən qarpız soyuducuda 2-6 saatdan çox qalmamalı, qarpız soyuducunun aşağı rəflərində saxlanılmalıdır. Qarpız soyuducuda saxlanılmasa, daha yaxşı olar" - deyə. G. Babayeva vurğulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/565392.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR