Bakıda 17 və 15 yaşlı iki bacı yoxa çıxıb

Bakıda 17 və 15 yaşlı iki bacı yoxa çıxıb
12:29 21 İyul 2017
50 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda iki bacı itkin düşüb. Lent.az xəbər verir ki, Abşeron rayon sakini olan 2000-ci il təvəllüdlü Məcnunova Həqiqət Elton qızı və onun 15 yaşlı bacısı Aytəkin dünən səhər saatlarında paytaxt ərazisində itkin düşüb. Qızların yaxınları bu barədə polisə müraciət edib və onların xarakterik əlamətlərini, eləcə də fotolarını təqdim ediblər.

 

Bildirilir ki, gənc qızlar son olaraq Bakı şəhər Nəsimi rayonu Cavadxan küçəsində tanışlarının evində olublar və həmin mənzili tərk edəndən sonra onlar barədə məlumat almaq mümkün olmayıb.

 

Axtarış tədbirləri həyata keçirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279643

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR