Mosulun terrorçulardan azad edilməsi zamanı ölən və yaralanan hərbçilərin sayını açıqlanıb

Mosulun terrorçulardan azad edilməsi zamanı ölən və yaralanan hərbçilərin sayını açıqlanıb
12:32 21 İyul 2017
47 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyul. REPORT.AZ/ "Mosulun terrorçu İŞİD qruplaşmasından azad edilməsi zamanı İraq Silahlı Qüvvələrinin 20 min hərbçisi həlak olub və yaralanıb".
“Report” xəbər verir ki, bunu İraqın vitse-prezidenti Nuri əl-Maliki “RİA Novosti”yə müsahibəsində bildirib.
“Düzünü desək, hərbçilər daha çox itki verib. 20 minə yaxın hərbçi və polis əməkdaşı yaralanıb və ölüb.
Silahlı Qüvvələr hərbi əməliyyat zamanı şəhəri dağıtmamağa çalışıb. Əməliyyatlar 9 ay sürüb. Şəhəri mühasirəyə də almaq olardı. Ancaq onda dinc sakinlər aclıqdan əziyyət çəkəcəkdi”, - deyə o, vurğulayıb.
Xatırladaq ki, Mosulun terrorçulardan təmizlənməsi əməliyyatı ötən ilin oktyabrında başlayıb. İraqın baş naziri Heydər əl-İbadi isə ötən həftə bölgənin terrorçulardan tam azad edildiyini rəsmi olaraq açıqlayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/mosulun-terrorculardan-azad-edilmesi-zamani-olen-ve-yaralanan-herbcilerin-sayini-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR